Xəbəri Kokpitdə Oxuyun!

Dünyanın ən uzun limuzini bərpa edilib

ABŞ-da Ginnesin Rekordlar Kitabına dünyanın ən uzun limuzini kimi düşən American Dream bərpa edilib.

Kokpit.az bildirir ki, avtomobilin uzunluğu 30 metri ötür və onun arxa hissəsində real enişə imkan verən əsl helikopter meydançası var.


American Dream limuzini 1986-cı ildə yaradılıb və Cey Orberq tərəfindən dizayn edilib. Əvvəlcə avtomobil cəmi 18 metr uzunluğunda və 13 cüt təkərli idi, lakin sonradan müəllif limuzini böyütmək qərarına gəlib. Üstəlik, avtomobil elə qurulub ki, onu hər iki tərəfdən idarə etmək mümkün olsun.


Ümumilikdə limuzində 75 nəfər yerləşə bilir və helikopter meydançasından əlavə onun dalğıc taxtası olan üzgüçülük hovuzu, cakuzisi və mini qolf meydançası var.


Tanıdıldıqdan dərhal sonra avtomobil böyük marağa səbəb olub və hətta filmlərin çəkilişlərində istifadə edilib. Lakin sonra avtomobil unudulub. O, pasla örtülüb və demək olar ki, yoxa çıxıb. Lakin həvəskarlar limuzini alıb onu bərpa edə biliblər..

Elçin Zodorov

Şərh əlavə et