Kokpit.az xatıekadır ki, Sauber Alfa Romeo ilə yollarını ayırdıqdan sonra yeni titul sponsoru axtarmağa başlamış və Stake ilə anlaşmışdı. Buna görə də komandanın adı Stake F1 Team olub. Lakin Stake Avstraliyada onlayn qumarxana şirkətidir və əksər ölkələrdə bunun reklamı qadağandır. Buna görə də Sauber komandası daha əvvəl bildirmişdi ki, qumarxana reklamı yasaq olan ölkələrdə fərqli adla yarışacaqlar.
Lakin sonradan ortaya başqa bir problem çıxıb. Komanda İseveçrə lisenziyası ilə yarışır və burada belə reklamlar yasaqdır. Buna görə də Federal Casino komissiyası Sauber komandasını məhkəməyə verib.
Əgər Sauber məhkəməni uduzsa, yarım milyon isveçrə frankı pul cəzası alacaq və bu adın istifadəsi yasaqlanacaq. Bu isə o deməkdir ki, həm Stake-dən aldıqları pul əldən gedəcək, həm də cəza ödəyəcəklər. Hələlik məhkəmənin necə yekunlaşacağı məlum deyil.
Şərh əlavə et