Kokpit.az xatırladır ki, komandanın adı ilə bərabər idarə heyəri də dəyişilib və yeni maşın Las Veqasda təqdim olunub. Yeni maşının adı isə VCARB 01 olacaq.
Təqdimat Nevada şəhərində baş tutub və komanda 2024-cü ilin rəng çalarını bir şou maşınının üzərində təqdim edib. Lakin studiya şəkilləri birbaşa 2024-cü il maşınına aiddir. Yeni VCARB 01 fevralın 12-də Mizanoda trasa çıxacaq və 200 kilometrlik çəkiliş günü reallaşdıracaq.
Komanda builki maşını Toro Rosso dövrlərindəki maşına oxşadıb və mavi rəng üstünlük təşkil edib. Çəkiyə qənaət etmək üçün qara hissələr də var. Bundan başqa maşın üzərində qırmızı xəttləri də görə bilirik. Maşında buğa şəklindən başqa Visa Cash App loqotipləri də diqqəti cəlb edir.
Texniki cəhətlərə gəldikdə isə maşın möhtəşəm RB19-un üzərində dizayn edilib. Asılqan o maşından VCARB 01-ə əlavə olunan detallardan sadəcə biridir. Əsas dəyişiklik isə daha da incələn və demək olar ki, motora təmas edən gövdədir
Bu il Red Bull Cash App-ın sürücü heyəti Daniel Rikkardo və Yuki Tsunodadan ibarət olacaq. İki sürücü 2025-ci ildə Red Bull komandasında Serxio Peresi əvəz etmək üçün mübarizə aparırlar.
Bu il komandaya Loren Mekis rəhbərlik edəcək və idarə heyətini rəhbəri Piter Bayerə hesabat verəcək. Komandanın texniki direktoru isə Tim Qoss olacaq. Bu il Visa Cash App RB komandasının önündə böyük məqsədlər var.
Şərh əlavə et