Kokpit.az xatırladır ki, Ferrari 2024-cü il maşınını fevralın 13-də təqdim edəcək. Komanda mövsümöncəsi qış testləri üçün var qüvvəsi ilə hazırlanır. Bu günlərdə komandalar maşınların ilkin versiyasını hazırlayıb qurtarırlar və problemləri aşkarlamaq üçün motoru işə salırlar.
Ferrari-nin yeni maşını işə salınarkən komanda rəhbəri Frederik Vassyör də orada olub. Uğurlu keçən sessiyadan sonra hamı xoşbəxt görünürdü. Ferrari ilk testlərə qədər bolidi dəzgahda yoxlayacaq və dözümlülük testləri ediləcək. Bundan sonra təqdimat üçün hazırlıqlara başlanacaq və Fyoranoda çəkiliş günü təşkil ediləcək.”
Şərh əlavə et