Kokpit.az xatırladır ki, Sauber keçən il Alfa Romeo adı altındakı son mövsümündə zəif performans göstərmiş çempionatda 9-cu olmuşdu.
Valtteri Bottas: “Bir komanda ilə üçüncü mövsümə başlayırsınızsa, hədəfləriniz yüksək olmalıdır. Mənim gözləntilərim böyükdür və yaxşı addım ataraq, keçən ilə nisbətən yaxşı nəticələr qazanmalıyıq. Düzünü desəm, keçən qarşımıza qoyduğumuz hədəflərə çata bilmədik. İndi buna düzəltməli, performansımızı yaxşılaşdırmalıyıq. Komandadakı dəyişiklikləri görmək mənə güvən verir.
Komandanın fərqli şöbələrində yeni resurslarımız var. Yeni maşın fərqli görünür və tək yenilik görünüşdə deyil. Bütün bunlar mənə inam verir. Ümid edirəm ki, doğru yoldayıq.
Bolidin yeni görüntüsü gələcəyə olan yanaşmanı əks etdirir. Yeni rəng çalarları həyəcanvericidir. Komandanın yanaşması dəyişdi və hər şey fərqli görünür. Mən də eynisini etdim və saçım fərqli rəngdə görünür. Dəyişiklik bəzən yaxşılığa doğru təkan ola bilir.
Görüntü vacib olsa da, performansdan sonra ikinci plandadır. Yekunda maşın sürətlidirsə və komada olaraq yaxşı çıxış ediriksə, heç nəyin önəmi qalmır. Performans hamı üçün daha vacibdir”.
Komandanın digər sürücüzü Quanyu Çjou isə bunları deyib: “Keçən ildən bəri çox işləyirik. Xüsusən də mövsümün ikinci yarısında harada inkişaf etməli olduğumuzu və planlarımızı tapdıq. İndi isə hər şeyi bir araya gətirməli və bolidi trasa çıxarmalıyıq. Gözləntilər yüksək olsa da, ilk yarışa qədər harada olduğumuzu bilməyəcəyik. Yeni maşını sürmək üçün həyəcanlıyam”.
Şərh əlavə et