Xəbəri Kokpitdə Oxuyun!

Geri qayıdan Sauber yeni maşınını təqdim edib

Stake Sauber komandası 2024-cü il maşınları C44-ü təqdim edib.

Kokpit.az xatırladır ki, Sauber 2018-ci ildən sonra ilk dəfə Alfa Romeo-nun sponsorluğu olmadan mövsümə başlayır. İsveçrəlilər 2026-cı ildən etibarən Audi ilə işləməyə başlayacaqlar. Buna görə də Alfa Romeo ilə müqavilə yenilənməyib. Bundan sonra komandanın adı Stake və Kick-in sponsprluğunda Sauber olaraq geri qayıdıb. Beləliklə, Sauber adı 2017-ci ildən sonra yenidən peletonda olacaq.

Sauber son dəfə 2018-ci ildə C37 adından istifadə etmiş, sonra maşınların adlarını Alfa Romeo verməyə başlamışdı. 2024-cü ildə isə aradakı illəri buraxıblar və yeni maşının adı C44 olub.

Komanda Londonda təşkil edilən təqdimatda C44-ün rəng çalarını hamıya nümayiş etdirib. İsverçə təmsilçisi Stake-in titul sponsorluğunda yaşıl və qara rəngə bürünüb.

Valtteri Bottas və Quanyu Çjou fevralın 21-23-də keçiriləcək Bəhreyndəki qış testlərindən əvvəl cümə günü Barselonada C44-ü sürəcəklər.

Bu maşın Ceyms Ki tərəfindən hazırlanıb, amma britaniyalı mütəxəsssis sentyabrda komandaya gələndə C44 layihəsinin üzərində çoxdan işə başlanılmışdı. Komanda bu il McLaren və Red Bull-da olduğu kimi pull-rod asılqan sisteminə keçib.

Rauf Hacıyev

Şərh əlavə et