Kokpit.az Britaniya mətbuatına istinadən bildirir ki, Red Bull şirkəti Kristian Horneri uyğunsuz davranışlarına görə araşdırır. İddiaya əsasən Horner komanda daxilində bir nəfərə qarşı xoşagəlməz formada davranır. Lakin bunlar sadəcə bir iddiadır.
Şirkətin idman direktoru Oliver Mintslaff iddialardan xəbərdar edilib və dərhal müstəqil araşdırma başladılıb.
Milyard dollar dəyəri olan şirkətin mətbuat katibi belə açıqlama verib: “Şirkət ortaya çıxan iddialardan sonra müstəqil araşdırmaya başlayıb. Hazırda bu proses davam edir və kənardan tutulan vəkil tərəfindən nəzarətdədir. Şirkət belə mövzuları ciddiyə alır və araşdırma mümkün qədər tez tamamlanacaq”.
Kristian Horner bu iddiaları rədd edib. Belə görünür ki, bu hadisə Red Bull-u xeyli sarsıdacaq. Hornerin yeni maşının təqdimatında olub-olmayacağı hələ məlum deyil.
Şərh əlavə et