Kokpit.az xəbər verir ki, Alezi əfsanəvi alman sürücünün komanda yoldaşı seçimi barədə danışıb.
Jan Alezi: “Mənim düşüncə və hərəkətlərinə yaxşı bələd olduğum Şumaxeer əsla Həmilton kimi bir komanda yoldaşı istəməzdi. Lyuis o qədər yüksək səviyyəli yarışçıdır ki, Mixael Şumaxerlə bağlı xatirələri oyadır, bu iki şəxsiyyətin əldə etdiklərini və bacarıqlarını asanlıqla müqayisə etmək olar.
Bunu Fernando Alonso və Sebastyan Fettelə hörmətlə deyirəm – onlar da bir vaxtlar Ferrari-yə qoşulmuş, artıq dünya çempionu olmuş və gözəl uğurlar qazanmışdılar. 2025-ci il mövsümünün həyəcanlı olacağını və hər yarışla Formula 1-ə marağın daha da artacağını proqnozlaşdırıram”.
Alesi Karlos Sayns haqqında da yüksək fikirlər səsləndirib: “Onun zəhməti və son illərdə göstərdiyi nəticələr ən yüksək qiymətə layiqdir. Hətta bəzən məni təəccübləndirirdilər. Karlos çox sürətli yarışçıdır, o, həm də trasda nizam-intizamı və düzgün mübarizə üslubu ilə seçilir. İnanıram ki, o, əsl centlmendir, amma indi o, buna layiq olmasa da, narahat vəziyyətdədir.
Mən əminəm ki, Karlos Formula 1-də karyerasını davam etdirmək üçün yeni imkanlar tapa biləcək, çünki o, Şarl Leklerin komanda yoldaşı olanda çox yaxşı reputasiya qazanıb”.
Şərh əlavə et