Kokpit.az bildirir ki, müqavilə çoxillikdir və sadəcə Formula 1 komandasını yox, bu il 32-ci dəfə təşkil ediləcək Ferrari Challenge Trofeo Pirelli-ni də əhatə edəcək.
Müqaviləyə görə iki tərəfin birlikdə hazırladığı məhdud dayda məhsul bazara çıxarılacaq. Bu məhsullardan ilkinin adı Peroni Nastro Azzurro 0.0 % adlı pivə olacaq.
Ferrari komandasının rəhbəri Frederik Vassyör: “Ferrari və Peroni Nastro Azzurro 0.0 % arasındakı tərəfdaşlığı açıqladığım üçün sevincliyəm. Bu tərəfdaşlıq iki tərəf üçün də düşərli olacaq və başlamasını səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Peroni Nastro Azzurro 0.0 % brendi İspaniyanın məşhur pivə markası olan Estrella Galicia-nı əvəz edəcək.
Şərh əlavə et