Kokpit.az bildirir ki, OMP markası idman paltarları və avafanlıqları istehsal edir. Bu müqaviləyə görə OMP uzun illər Aston Martin-in sürücülərini və işçilərini geyimlə təmin edəcək. Firma onlara kombinezonlar, xüsusi əlcəkıər, ayaqqabılar və yarış içlikləri verəcək. Brendin loqotipləri komandanın geyimlərində və maşında vurulacaq.
Aston Martin-in idman direktoru Endi Stevenson: “Aston Martin olaraq OMP ilə çoxillik tərəfdaşlığa başladığımız üçün sevincliyik. İdmanımızda hər detal vacibdir. Biz təhlükəsizlik və performansı yüksək səviyyəyə çıxarmağa çalışırıq və bu işdə birlikdə əlimizdən gələni edəcəyik. Əminik ki, OMP-nin avadanlıqlarının sürücülərimiz və mexaniklərimiz üzərində böyük təsiri olacaq”.
Şərh əlavə et