Xəbəri Kokpitdə Oxuyun!

McLaren motoru işə salıb

McLaren komandası 2024-cü il maşını MCL38-in mühərriyini işə salıb.

Kokpit.az xatırladır ki, “narıncılar” keçən il yaxşı çıxış etmiş və bu il də rəng çalarını təqdim edən ilk komanda olmuşdu. İndi isə onlar maşının mühərriyini işə salıblar.

McLaren komandası bu xəbəri sosial şəbəkədəki 16 saniyəlik video ilə çatdırıblar. Videoda sadəcə loqotip olduğu üçün bolidin ya da motorun necə göründüyünü bilmirik. Lakin motorun işə salınması göstərir ki, McLaren üçün hər şey qaydasında gedir.

Qeyd edək ki, McLaren komandası MCL38-i fevralın 14-də təqdim edəcək və daha sonra bolid ilk dəfə trasa çıxarılacaq.

Rauf Hacıyev

Şərh əlavə et