Kokpit.az bildirir ki, Haas komandası VF-23 ilə müqayisədə rəng çalarını dəyişməyib. Bolid ağ, qırmızı və qara rəngdən ibarətdir.
Komanda bolidin çəkisinin azaltmaq üçün burun hissəsindəki ağ rəngdən imtina edib və qaraya üstünlük verib. Buna görə də VF-24 hərt tərəfdən qara görünür. VF-24-ün özü isə fevralın 11-də Silverstounda trasa çıxmalıdır.
Komandanın sahibi Cin Haas: “VF-24-ün işlədiyini və yarışdığını görmək üçün səbirsizliklə gözləyirəm. Bu hissi həm ortaqlarımızla, həm də bütün komanda ilə paylaşdığımı bilirəm. Niko Hülkenberq və Kevin Maqnussen ilə əla sürücü heyətimiz var. İl ərzində komandanın inkişafında onların təcrübəsinə ehtiyacımız olacaq. Tezliklə real vəziyyətimizi görəcəyik”.
Haas komandası qış tətilində komanda rəhbəri Günter Ştayner ilə yollarını ayırdı və onu baş mühəndis Ayao Komatsu əvəz etdi. Bundan başqa texniki direktor Simone Resta da komandadan ayrılıb.
Ayao Komatsu: “VF24-ün başlanğıc performansı ilə bağlı gözləntilərimiz realdır. Rəng çalarını təqdim etmək çox həyəcanvericidir.
Bəhreyndə yavaş olsaq, bunun səbəbi işçilərimizin keyfiyyəti yox, yeni maşının düzəldilməsinə gec başlamağımızdır. Ostindəki yeniliklərə görə də iki ay gözlədik. Bu hal resursların yönünü dəyişdirdi və orada vaxt itirdik. Buna baxmayaraq komanda aerodinamik boruda inkişaf edib və bu müsbət haldır. Doğru yöndə gedirik.
Əsas məqsədimiz Bəhreynfə yaxşı test proqramına sahib olmaq və testdən keyfiyyətli məlumatlarla çıxmaqdır. Belə olan halda VF-24-ün güclü və zəif tərəflərini anlayarıq. Bundan sonra maşında yeniliklər etmək üçün yaxşı plan qurmaq lazım olacaq”.
Qeyd edək ki, Haas komandasının yeni texniki direktoru Andrea De Zordo olub.
Şərh əlavə et