Kokpit.az xəbər verir ki, gələn ildən Karlos Saynsı əvəzləyərək Şarl Leklerin komanda yoldaşı olacaq Lyuis bu il Mercedes-də son mövsümünü keçirəcək.
Ferrari-nin açıqlamasında deyilir: “Lyuis Həmiltonun 2025-ci ildə çoxillik müqavilə ilə komandamıza qoşulacağını təsdiqləməkdən məmnunuq”.
Bu gözlənilməz keçid artıq iki vacib sualı da özü ilə gətirib; Sayns hara gedəcək? Mercedes-ə Lyuisi kim əvəzləyəcək? Bu sualların ən azından hər ikisinə çox güman ki, qısa zaman kəsimində cavab tapmaq mümkün olmayacaq. Bizi pilot bazarında da olduqca hərəkətli bir il gözləyir…
Şərh əlavə et