Kokpit.az bildirir ki, Formula 1 rəhbərliyi 2028-ci ildən etibarən 11-ci komandaya yer açıla biləcəyini deyib. Bu isə FİA-nın açıqlamasına tamamilə ziddir, çünki FİA bildirmişdi ki, Andretti komandası lazımi texniki avadanlıqlara və maliyyəyə sahibdir. Ancaq son qərarı Formula 1 rəhbərliyi verməli idi. Komersiya ilə əlaqəli müzakirələrdən sonra belə qərara alınıb ki, Andretti-nin gəlməsi idmanın xeyrinə olmayacaq. Formula 1 10 komanda ilə xoşbəxtdir və qəti şəkildə fayda yoxdursa, yeni F1 komandasının idmana gəlməsi lazımsızdır.
Buna baxmayaraq, Andretti komandasının ümidi var idi və son aylarda Formula 1 layihəsi üzərində gərgin formada işləyirdi. Hətta 2025-ci il üçün aerodinamik boru modeli də hazırlanmışdı.
Ancaq üzün müddətdir ki, Formula 1 rəhbərliyi davam edən müzakirəkərdən sonra Andretti-nin idmana qatılmasınınheç bir faydası olmayacağı qənatinə gəlib.
Andretti komandası General Motors ilə tərəfdaşlığa başlayıb və düşünür ki, Formula 1 üçün yetəri qədər resursu var və idmana lazımi dəyəri qazandıracaq.
Liberty Media 2028-ci ildən etibarən Andretti komandasının çıxışına icazə verə bilər. Bu isə növbəti müqavilənin dövrünə təsadüf edir. Hazırkı müqaviləyə görə yeni komanda Formula 1-ə gəlmək üçün 200 milyon dollar iştirakçı haqqı verməlidir. Yeni bağlanacaq müqavilədə isə yeni iştirakçının qatılmaq haqqı 1 milyard dollar olacaq. Yəni ki, Andretti Formula 1 rəhbərliyini razı salsa və bu məbləği ödəsə, 2028-ci ildə idmana girə bilər, amma hazırda bunlar sadəcə şərhdir.
Formula 1 bu barədə belə açıqlama verib: “Dəyərləndirmələrdən sonra 11-ci komandanın çempionata dəyər qatmayacağına qərar verdik. Yeni iştirakçının dəyər qatması üçün rəqabətədavamlı olmalıdır. Biz də müraciət edən komandanın rəqabətədavamlı olacağına inanmırıq. 11-ci komandanın qatılması təşkilatçıların da yükünü artıracaq və digər iştirakçıların texniki və komersiya sahəsini azaldacaq. Yeni iştirakçının maliyyə cəhətdən müsbət təsirini də tapmadıq”.
Şərh əlavə et