Kokpit.az bildirir ki, bu barədə Sky Sports News telekanalında canlı yayım zamanı müxbir Reyçel Bruks məlumat verib: “Biz təsdiq edə bilərik ki, Lyuis Həmilton 2025-ci ildə Ferrari-yə keçəcək. Mersedesin Breklidəki əməkdaşlarına bu barədə indicə görüşdə məlumat verilib. Brifinq təxminən 10 dəqiqə çəkdi. İşçilərin gəldiyini və 10-14 dəqiqə ərzində binanı tərk etdiklərini gördük. Onlara dedilər ki, Lyuis Həmilton 2024-cü ilin sonunda Mercedes-i tərk edəcək”.
Xatırladaq ki, bu gün yeddiqat dünya çempionunun 2025-ci ildən Ferrari-də yarışacağı barədə şayiələr çıxıb və bir anda bütün avtoidman dünyasının gündəmini zəbt edib.
Mercedes komandasının günü sonlarına doğru bu barədə rəsmi açıqlama verəcəyi iddia edilir. Həftənin sonuna qədər isə artıq britaniyalının gələn il Ferrari üçün yarışacağı elan edilə bilər…
Şərh əlavə et