Kokpit.az xatırladır ki, ispniyalı sürücü çətin keçən 2023-cü il mövsümündən sonra Honda ilə yollarını ayırmış və Gresini Ducati komandasına keçmişdi.
Markes keçən il mövsümsonrası tesrlərdə yeni motosikletini ilk dəfə Valensiyada test etmiş və liderdən 0.171 saniyə geridə qalaraq, 4-cü olmuşdu.
Mark Markes: “Bir tərəfdə gözləntilər, digər tərəfdə isə yanaşmadır. Təbii ki, hədəfim trasda sürətli olmaqdır və əgər ilk testdə sürətli olsam, bunu etməyə çalışacağam. Ancaq digər tərəfdə də gözləntilər və reallıqlar var. Təbii ki, insanların gözləntiləri çox yüksəkdir. Ancaq dediyim kimi mənim işim bu gözləntiləri unutmağa çalışmaq və boksumda daha çox işləməkdir. Çünki mövsüm başlayanda sakit olmalıyam.
Sakit olmaq sürətli olmamaq demək deyil. Əlbəttə, sürətli olmaq istəyərəm, amma mövsüm başlayan kimi qələbə uğrunda mübarizəni düşünə bilmərəm, çünki son 4 il mənim üçün kabus kimi keçmişdi. Son iki ildə yarış qazana bilmədim.
İndi isə burada uzun illər yarışmış və bu motosikletlərlə yarışlar, çempionluqlar qazanmış Françesko Banyaya və Xorxe Martinlə yarışacağam.
Çox sürətlidirlər və onlar 2024-cü il motosikletlərini sürəcəklər. Buna görə də onlarla eyni səviyyədə yarışmaq heç də asan olmayacaq”.
Şərh əlavə et