Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin yeni Vantage-in tizerini dərc edib

Aston Martin yenilənmiş Vantage-in tizerini yayımlayıb. Fotoda avtomobilin geniş təkər tağlarına və uzunsov arxa güzgü sütunlarına malik olduğunu görə bilərsiniz.

Kokpit.az xəbər verir ki, sözügedən avtomobilin daha aqressiv görünüş alacağı gözlənilir. Yeni Vantage-in təqdimatı 12 fevralda – AMR24 Formula 1 avtomobili və Aston Martin Vantage GT3 yarış avtomobili ilə eyni vaxtda keçiriləcək.

Bundan əvvəl Aston Martin nümayəndələri qeyd etmişdilər ki, yeni Vantage əvvəlki modeldən və DB12-dən çox fərqli olacaq. Avtomobilin Mercedes-AMG-dən 4 litrlik tvin-turbo V8 mühərrikinə malik olacağı gözlənilir. Şirkət Vantage-in əvvəlki versiyalarını gücləndirən V12 mühərrikindən imtina edərək, V6-ya keçid ehtimalını aradan qaldırıb.

Xatırladaq ki, bundan əvvəl Aston Martin şirkəti Silverstoun trasında keçirilən Valhalla hibrid superkarının sınaqlarından çəkilmiş fotoşəkilləri dərc etmişdi. Yeni məhsulun debütü bu il gözlənilir və onun tirajı cəmi 999 nüsxə ilə məhdudlaşdırılacaq.

Elçin Zodorov

Şərh əlavə et