Bugatti Chiron Super Sport 300+ Chiron modelinin təkmilləşdirilmiş versiyasıdır. O, kapotunun altında dörd turbinli 1600 at gücü hasil edən W16 mühərrikinə malikdir və maksimal sürəti məhdudlaşdırılıb. Bugatti-nin məlumatına görə, məhdudlaşdırıcı olmadan avtomobil 483 km/saat sürət yığa bilir ki, bununla da Chiron Super Sport 300+ markanın indiyə qədərki ən sürətli avtomobilinə çevrilir.
Nəzəri olaraq, Bugatti Bolide daha yüksək sürətlərə çata bilər – yaradıcıları onun 500 km/saatdan daha sürətlə gedə biləcəyini iddia edirlər. Lakin bu avtomobilin tədarükü hələ başlamayıb və seriyalı istehsal olunacaq versiyası 1600 at qüvvəli mühərriklə təchiz ediləcək. Bolide prototipi isə 1850 at güclü mühərrikə malikdir.
Əlavə edək ki, hərracda satılan ən bahalı Bugatti seriyaya daxil olmayan və bir nüsxədə buraxılmış Chiron Profilée olaraq qalır. 2023-cü ilin yanvarında bir müştəri onun üçün 10,6 milyon dollar ödəyib…
Şərh əlavə et