Xəbəri Kokpitdə Oxuyun!

Monakoda mövsümün ilk rallisini Terri Növill qazanıb

2024-cü il Monte Karlo Rallisinin qalibi Güc Mərhələsində də ən sürətli olan Terri Növil qazanıb.

Kokpit.az bildirir ki, belçikalı sürücü builki Monte Karli Rallisində bütün mərhələləri qazanıb və 2020-ci ildən sonra ilk dəfə Monakoda qalib olub.

Növyil nahardan əvvəl Ojye ilə fərqi 13.5 saniyəyə qaldırmışdı və səhb etmədiyi halda Rallinin qalibi olacaqdı. Bundan başqa Növyil bazar gününün lideri kimi 7 xaldan əlavə güc mərhələsində daha 5 xal qazanaraq, həftəsonunu maksimum nəticə ilə yekunlaşdırıb.

Ojye isə şənbə günü ilk etapda vaxt itirdikdən sonra növbəti mərhələlərdə fərqi azaltmışdı. Lakin bazar günü səhər etaplarda vaxt itirdikdən sonra qələbə şansı azalmışdı. Güc mərhələsində komanda yoldaşı Takamoto Katsutanı sadəcə 0.2 saniyə qabaqlayan Ojye ikinciliklə kifayətlənib.

Katsuta isə son günü üçüncü bağlayaraq, aktivinə 3 xal yazıb.

Toyota-nın builki tamzamanlı sürücüsü Elfin Evans isə həftəsonu ərzində azalan performans göstərib. Britaniyalı sürücü dördüncü gün Ralliyə yaxşı başlasa da, şənbə günü liderliyi itirib və onu bir də geri ala bilməyib. Evans bazar günü də zəif görünüb və güc etapını 4-cü yerdə bitirib.

Hyundai-ın digər sürücüsü Ott Tanak isə bazar gününə yaxşı başlamışdı və hədəfi 7 xal qazanmaq idi. Ancaq daha sonra zəifləməsi onun bu hədəfini reallaşdırmağına imkan verməyib. Lakin Güc mərhələsindəki son xalı qazana bilib.

Rauf Hacıyev

Şərh əlavə et