Kokpit.az xatırladır ki, Lekler keçdiyimiz günlərdə Ferrari ilə üçüncü dəfə müqavilə bağlamışdı.
Frederik Vassyörlə Şarl Leklerin araları yaxşı olduğu üçün tərəflər tez razılaşdılar və başqa alternativlərə baxmadılar. Müqavilənin detalları hələ bilinməsə də, Leklerin 2027-ci ilin sonuna qədər Ferrari-də qalacağı güman edilir.
Maranello mərkəzli komanda beləliklə bir sürücüsünü razılığa gətirə bilib. Böyük ehtimalla növbəti günlərdə Karlos Saynsla da yeni müqavilə bağlanacaq. Lakin müqavilənin nə qədər olacağı müəyyən deyil. “Qırmızılar” üçün əsas olan Leklerin müqaviləsi idi və tərəflər artıq razılığa gəliblər. Növbə isə Karlos Saynsdadır.
Şərh əlavə et