Xəbəri Kokpitdə Oxuyun!

Zənzibar da F1-ə ev sahibliyi etmək istəyir

Artıq bir neçə ildir ki, Formula1-in Afrikaya qaytarılması ilə bağlı söhbətlər gedir, lakin yenidən qurulan Kyalami trasında çempionatın mərhələsinin keçirilməsi layihəsi baş tutmur.

Bununla belə, ilin əvvəlində FİA prezidenti Muhammed bin Sulayem Formula1-in Afrika qitəsinə qayıtmasının mühüm hadisə olacağını bildirmişdi.

Kokpit.az İtaliyanın La Gazzetta dello Sport qəzetinə istinadən yazır ki, Tanzaniya rəhbərliyinin ölkənin bir hissəsi olan Zənzibar adasında bir yarış keçirmək arzusu var. Qəzet yazır ki, hələ 2022-ci ilin sentyabrında yerli hökumət yarış trasının tikintisi layihəsini təsdiqləyib. Ötən ilin noyabrında layihəni həyata keçirəcək investorlar fondu formalaşdırılıb. Onlar keçmiş Formula 1 pilotu Cankarlo Fizikellanı texniki məsləhətçi kimi dəvət ediblər.

İndiki mərhələdə Zənzibarın Formula 1 tədbirinə ev sahibliyi etmək şansı ilə bağlı proqnoz vermək çətindir. Trasın tikintisinə 2025-ci ildə başlanması, açılışının isə 2027-ci ildə olması planlaşdırılır. Beləliklə, Formula 1 Zənzibara gedəcəksə, bu, cari onilliyin sonundan tez baş verməyəcək…

Elçin Zodorov

Şərh əlavə et