Kokpit.az bildirir ki, Amerikanı təmsil edən Trackhouse 2023-cü ilin sonunda qapanan RNF Racing-i əvəz edəcək. RNF komandası iştirakçı qaydaları təkrar pozduğu üçün Dorna Sports tərəfindən idmandan uzaqlaşdırılmışdı.
Bunun səbəbi çempionatın ortağı və komandanın əksər səhmlərinin sahibi olan CryptoData-nın çempionata və müxtəlif təminatçılara bəzi fakturaları ödəməməsi idi. RNF komandasının səhmdarlarından olan Razlan Ratsali də çempionatdan uzaqlaşdırılma səbəbi kimi CryptoData-nı göstərmişdi.
NASCAR-da çıxış edən Trackhouse isə 2025-ci ildə MotoGP-yə gəlmək istəyirdi, amma bu qərarlarını bir il tezləşdirdilər. Beləliklə Traxkhouse artıq Aprilianın yeni peyk komandasıdır. Amerika komandası RNF-in heyətini olduğu kimi saxlayıb. Komandanın sürücüləri keçənilki kimi Migel Oliveyra və Raul Fernandes olacaq.
Trackhouse komandası 2024-cü il motosikletini Los Ancelesdə təqdim edib. Motosiklet gözəgəlimli qırmızı, ağ və mavi rənglərdən ibarətdir. Amerika təmsilçisi Aprilia ilə daha yaxından işləyəcək. 2024-cü ildə Oliveyra üçün yeni motosiket hazırlanır.
Keçən il RNF komandası Britaniyada RS-GP-ləri sürmüş və yarışı dördüncü bitirərək, mövsümdəki ən yaxşı nəticələrini əldə etmişdilər.
Trackhouse aprelin 12-14-də COTA-da trasa çıxacaq və ilk dəfə öz publikası önündə çıxış edəcək.
Şərh əlavə et