Kokpit.az xatırladır ki, britaniyalı sürücü Formula1-də 2019-cu ildə McLaren komandası ilə debüt etmişdi. O, 2022-ci ildə “narıncılar”la yeni müqavilə yeniləmişdi. Lakin bu müqavilə 2025-ci ilin sonunda başa çatacaqdı. Son dövrlər gənc sürücü ilə Red Bull və Audi maraqlansa da, McLaren daha çevik davranaraq, Norrisi 2027-ci ilin sonuna qədər komandada saxlayan müqavilə bağlayıb.
Lando Norris: “Papaya rəngli komandada qalmaq əla hissdir. McLaren ilə birgə böyüdüm və burada qalmaq əla hissdir. Burada özümü evimdəki kimi hiss edirəm. Komanda mənim üçün ailə kimidir. İndiyə kimi hər şey həyəcanlı idi. Enişli-yoxuşlu dövrlərimiz oldu, amma keçən il peletonun ön sıralarına qayıda bildik.
Zek, Andrea və bütün kollektivin keçənilki işləri inanılmaz idi. McLaren ilə qələbələr üçün yarışacağıma əminəm. Burada uzun illər yarışacağım üçün həyəcanlıyam”.
Komandanın rəhbəri Andrea Stella: “Bu gələcəkdə yenidən çempion olmaq üçün inamımızı artırır. Lando 2017-ci ildə McLaren-ə qatılmışdı və o dövrdən sonra sürücü və insan kimi çox təkmilləşib. Keçən il komandaya çox təsir etdi və ərzində inkişafımızda vacib rol oynadı.
Oskarla birgə güclü sürücü heyətimiz ön sıralara yüksəlmə hədəfimiz üçün əllərindən gələni edəcək. Oslar və Lando birinci mövsümlərində çox effektiv idilər və belə həyəcanverici mövsümdə ikisi ilə də işləməyi səbirsizliklə gözləyirəm”.
McLaren-in rəhbəri Zek Braun: “Lando ilə münasibətimiz növbəti mövsümlərdə də davam edəcək və buna görə sevinirəm. Son altı ildə əla macəramız oldu və komandanı ön sıralara daşımaq üçün əlindən gələni etdi”.
Xatırladaq ki, Oskar Piastrinin McLaren ilə müqaviləsi 2026-cı ilin sonunda başa çatacaq. Bu isə o deməkdir ki, “narıncılar” ən az 2026-cı ilin sonuna qədər mövcud sürücü heyətini qoruyacaq.
Lanso Norris isə Formula 1 karyerası ərzində yalnız McLaren komandasında çıxış edib. Onun hələ də qələbəsi olmasa da, 2021-ci ilin Rusiya Qran Prisində poul qazanıb. Keçən il isə 6 yarışda ikinci olaraq, çempionatı 6-cı yerdə nöqtələyib.
Şərh əlavə et