Kokpit.az xatırladır ki, VR46 komandası idmandakı üçüncü mövsümünü keçirir. Lakin ikinci mövsümlərində -2023-cü ildə – Marko Bezzekki çempionluq mübarizəsi vermiş və mövsümü üçüncü yerdə bitirmişdi.
Lakin komanda bu il heyətdə dəyişiklik edib. Luka Marini Honda komandasına gedib. Onu keçən il Gresini-də çıxış etmiş Fabio di Canantonio əvəz edəcək.
VR46 komandası indoneziyalı neft şirkəti Pertamina Enduro ilə sponsorluq müqaviləsi bağlayıb. Beləliklə, indoneziyalı şirkət keçənilki əsas sponsor olan Mooney-in yerini alıb. Yeni sponsorluq komandanın rəng çalarına da təsir edib.
Yeni motosiklet yenu müqaviləyə görə fərqli formalı sarı, ağ və qırmızı rənglərdən ibarətdir. VR46 bu il də bir il əvvəlki Ducati motosikletləri ilə yarışacaq. Bəzi iddialara görə VR46 növbəti il üçün Yamaha ilə danışıqlar aparır.
Şərh əlavə et