Xəbəri Kokpitdə Oxuyun!

Visa Cash App RB təqdimat tarixini açıqlayıb

Visa Cash App RB komandası 2024-cü il Formula 1 maşınını fevralın 8-də təqdim edəcək.

Kokpit.az xatırladır ki, köhnə adı AlphaTauri olan komanda təqdimat tarixini açıqlamamışdı. Bunun üçün komandanın yeni adını mətbuata açıqlamağı gözləyirdilər.

Dünən komanda yeni adı olan Visa Cash App RB-ni təqdim edib. Yeni maşının təqdimatı isə fevralın 8-də olacaq.

Beləliklə, 2024-cü ilin Formula 1 maşınının təqdimat tarixini açıqlamayan bir Haas komandası qalıb. Amerikan təmsilçisinin nə edəcəyi məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et