Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: AlphaTauri-nin yeni adı məlum olub

Bir müddətdiq gözlənilən baş verib və Red Bull rəsmi olaraq AlphaTauri-nin adının dəyişdirildiyini elan edib.

Bundan sonra Faentsa mərkəzli komanda Visa Cash App RB Formula One Team adlanacaq. 

Kokpit.az bildirir ki, əməkdaşlıq çərçivəsində Visa loqoları təkcə Visa Cash App RB maşınlarında deyil, həm də çempion Red Bull-un maşınlarında görünəcək. Fevralın 8-də Las-Veqasda təqdimat planlaşdırılır, bu təqdimatda Daniel Rikkardo və Yuki Tsunoda yeni avtomobil liveriyasını və komanda rənglərini təqdim edəcəklər.

Piter Bayer, Visa Cash App RB-nin baş direktoru: “Yeni sima yaratmaq və Formula 1 komandamız üçün növbəti tarixi mərhələdə yeni tərəfdaşları salamlamaq çox gözəldir. Faentsa üçün yeni yarış erası başlayır, lakin biz öz köklərimizə sadiq qalacağıq və istedadların inkişafına davam edəcəyik. Lakin indi biz Formula 1-də ən yüksək yerlər uğrunda mübarizəyə daha çox diqqət yetirəcəyik.

Mənim və menecer Loran Mekisin rəhbərlik etdiyi komandanın gələcəyi ilə bağlı cəsarətli baxışımız var. Visa və Cash App kimi gələcəyə yönəlmiş şirkətlərin layihəmizdə iştirak etməsi çox gözəldir”.

Elçin Zodorov

Şərh əlavə et