Xəbəri Kokpitdə Oxuyun!

K.Saynsın gələcəyi təhlükədədir?

İtaliya mətbuatının verdiyi xəbərə görə Ferrari Şarl Leklerlə çoxillik müqavilə bağlayacaq, amma Karlos Saynsın vəziyyəti qarışıqdır.

Kokpit.az xatırladır ki, həm Şarlın, həm də Karlosun Ferrari ilə olan müqavilələri ilin sonunda başa çatacaq.

İtalyanlar hər iki sürücü ilə 2023-cü ilin sonunda danışıqlara başlayıb. İddialara görə Ferrari Şarlla üç, Karlosla ikiillik müqavilə bağlamaq istəyirdi. İndi isə həmin resurs bildirir ki, Ferrari tezliklə Leklerlə yeni müqavilə bağlayacaq. Yeni müqavilədən sonra monakolu sürücü 2028-ci ilə qədər “qırmızılar”ın heyətində qalacaq.

Ancaq Karlos Saynsın vəziyyəti bir az qəlizdir. İtaliya qəzetini verdiyi xəbərə görə Ferrari çoxillik müqavilə istəyən ispaniyalı sürücüyə birillik müqavilə təklif edib. Sayns isə hələ gözləmə mövqeyindədir və danışıqlar davam edir.

Rauf Hacıyev

Şərh əlavə et