Kokpit.az xatırladır ki, səkkizqat Dünya Çempionu 2013-cü ildə karyerasına başladığı dövrdən ancaq Honda üçün yarışmışdı. Lakin yapon istehsalçının son illərdəki zəif çıxışı Markesin onlardan ayrılmasına gətirib çıxarmışdı. İspaniyalı sürücü bu il Grecini Ducati komandasında çıxış edəcək.
Mark Markes Valensiyadakı mövsümsonrası qış testlərində dördüncü olub və o liderdən 0.171 saniyə geridə qalıb. Lakin daha sonra müqaviləyə görə mətbuata heç bir açıqlama verməyib.
Gresini İtaliyada 2024-cü ildə yarışacağı rəng çalarını açıqlayıb. Komanda keçənilkinə oxşar rəng çaları ilə yarışacaq.
Mark Markes Xavi Ortisdən başqa heç kimi Gresini-yə gətirməyib. İspaniyalı sürücü 2020-ci ildən sonra ilk dəfə kiçik qardaşı Aleks Markeslə komanda yoldaşı olacaq.
Aleks keçən il Honda-dan Gresini-yə keçib və burada iki sprint yarışı qazanıb. Bundan başqa Gresini komandası keçən il Di Canantonio ilə Qətər yarışında qalib gəlib.
Şərh əlavə et