Kokpit.az xatırladır ki, italyan mütəxəssis Haas komandasında üç il keçirdikdən sonra 2024-cü il mövsümündən əvvəl amerikan komandası ilə yollarını ayırmışdı. Simone əslində Ferrari tərəfindən Haas-a icarəyə verilmişdi və belə görünür ki, öz qərarı ilə köhnə komandasına qayıdıb.
Simoneni komandadan göndərən Mattia Binotto idi, çünki iki mühəndisin arası heç də yaxşı deyildi. Lakin Haas komandasının istənilən məticələri ala bilməməsi tərəfləri məyus etmişdi.
VF-23 vahid dövrədə yaxşı olsa da, yarışda təkər yeyilməsi çox olduğu üçün sürücülər gerilərə düşürdülər. İl ərzində gətirilən yeniliklər də bir işə yaramamış və gözlənilən təsiri göstərməmişdi.
Restanın Haas-la olan münasibətləri Günter Ştayenerin ayrılışından əvvəl pozulmuşdu. İndi isə o Ferrari-yə qayıtsa da, belə görünür ki, “qırmızılar”la yolları yenə ayrılacaq.
Ferrari hazırda Maranelloda yenidən qurma işləri aparır. Balansı pozmamaq üçün Restanı harada işlədəyinə qərar verməyib. Simone hazırda Formula1 komandasında işləmir və GT kimi fərqli layihələrə yönləndirilib.
Lakin ona maraq göstərən başqa komandalar var. İddialara görə Resta yenidən qurulan AlphaTauri komandasının transfer radarındadır. AlphaTauri-nin yeni rəhbəri Loren Mekis Resta ilə sağ qolu Matteo Piraccinini komandaya cəlb etmək istəyir.
Şərh əlavə et