Xəbəri Kokpitdə Oxuyun!

Rovanpera mövsümə İsveçdə başlayacaq

Son iki ilin Ralli üzrə Dünya Çempionu Kalle Rovanpera 2024-cü ildə yarızamanlı yarışacaq və builki ilk yarışına gələn ay İsveçdə Rallisində çıxacaq.

Kokpit.az bildirir ki, İsveç Rallisi fevralın 15-18-də keçiriləcək və təqvimdəki yeganə qarlı yarışdır. Bu yarışa 56 maşınlıq iştirakçı ərizəsi tərtib edilib.

Kalle gərgin keçən iki mövsümdən sonra özünə gəlmək üçün bu il WRC-dəki yarış sayını azaltmaq qərarına gəlib.

Finlandiyalı sürücü daha əvvəl 2022-ci ildə İsveç Rallisinin qalibi olub. Toyota yarızamanlı sürücüləri Kalle Rovanpera ilə səkkizqat Dünya Çempionu Sebastien Ojyenin təqvimini hələ dəqiqləşdirməyib.

Lakin komanda rəhbəri Yari-Matti Layvala bildirib ki, Rovanpera Latviyada sükan arxasına keçə bilər: “Kalle və Sebin proqramlarına görə bir az gözləyəcəyik. Məncə, Kalle Latviyada yarışmaq istəyir. Orada gənc olanda bir neçə ralli keçirmişdi və buna görə də oranı sevir. Seb və Kalle bəzi yarışlara eyni anda qatıla bilərlər”.

Rauf Hacıyev

Şərh əlavə et