Kokpit.az xatırladır ki, Porsche 2022-ci ildə Formula1-ə giriş qərarı almış, amma Red Bull və McLaren-lə apardıqları danışıqlar uğursuzluqla nəticələnmişdi.
Xüsusilə Red Bull ilə olan danışıqlar yaxşı gedirdi və tərəflər müqavilə bağlamağa çox yaxın idilər. Lakin “qırmızı öküzlər”in öz haqlarını qorumaq istəmələrinə görə anlaşma baş tutmamışdı. Bundan sonra Porsche idmana qayıtmaq planlarından imtina etdi.
Yenə də Porsche Motorsport-un satış müdiri Mixael Drayzer bildirib ki, şirkət Formula1-dəki hadisələri yaxından izləyir: “Avtoidman həmişə brendimizin qəlbindədir. Formula1 hazırda hamının maraq göstərdiyi yarış seriyasıdır. Lakin növbəti illərdə Porsche 963 ilə WEC və İMSA seriyalarından başqa Formula E proqramımıza da köklənəcəyik.
Qatıldığımız bütün seriyalarda qələbə uğrunda mübarizə aparmaq istəyirik. Bu bizim ənənəmiz və əsas hədəfimizdir. Hazırda çıxan dedi-qodular barədə şərh vermirik”.
Şərh əlavə et