Lakin nəticə yenə də tarixi olub – 61 yaşlı Karlos Sayns karyerasında dördüncü dəfə bu çətin yarışın qalibi olub. Bu, həm də Audi Sport-un zavod komandasının ilk belə uğurudur.
Karlos Sayns: “Bu uğur o deməkdir ki, əgər çox çalışırsansa və özünə inanırsansa, yaxşı komandan varsa və səni yaxşı insanlar əhatə edirsə, o zaman hər şey öz bəhrəsini verir. Bizim idarə edilməsi çox çətin olan çox xüsusi bir maşınımız var – onu səmərəli iş rejiminə salmaq çox çətindir. Amma Audi üçün çox şadam, çünki yarışın finiş xəttinə çatdıq və qalib gəldik. Düşünürəm ki, bu enerjinin mənbəyi mənim uğura olan həvəsimdir.
Əlbəttə ki, siz hələ də sürətlə gedə biləcəyiniz barəsində özünüzə inanmalısınız, lakin onu da qeyd etmək lazımdır ki, pərdə arxasında çox iş görülüb. Mənim yaşımda uğur qazanmaq və yüksək səviyyədə qalmaq üçün ciddi hazırlıq lazımdır. Hələlik mən sadəcə bu qələbədən həzz almaq istəyirəm, bundan sonra gələcək həftələrdə gələcək haqqında düşünəcəm. Görək məni nə gözləyir. Düşünürəm ki, dünən bu qələbə üçün çox vacib idi, baxmayaraq ki, əslində düzgün yanaşma yarışın əvvəlindən mühüm rol oynayır.
Favoritlər çox idi, lakin Dakarda həmişə olduğu kimi, kimsə problemlərlə üzləşir. Düşünürəm ki, biz həqiqətən yaxşı olan tempimizi saxladıq, düzgünş taktikamız var idi və komanda bizə böyük dəstək verdi”.
Qeyd edək ki, onu təbrik etməyə oğul Sayns da gəlib.
Şərh əlavə et