Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Əllison daha beş il Mercedes-də qalacaq

Mercedes komandası texniki direktoru Ceyms Əllison ilə çoxillik müqavilə bağlayıb.

Kokpit.az xatırladır ki, Ceyms Əllison keçən il bir neçəmövsümlük fazilədən sonra texniki direktorluq vəzifəsini Mayk Elliotdan geri almışdı. O, həm 2023-cü il maşınına sonradan yeniliklər gətirmiş, həm də 2024-cü il maşını üzərində işləmişdi.

Qeyd edək ki, Əllison Mercedes-ə 2017-ci ildə qatılıb və 2017, 2018, 2019, 2020-ci il çempionluqlarında öz töhfəsini verib. Onun bu vəzifədə qalıb-qalmayacağı müəmmalı olsa da, yeni beşillik müqavilə bağlayıb.

Ceyms Əllison: “Formula 1 mənə çoxlu şans gətirdi, amma heç biri Totonun 2017-ci ildəki Mercedes-ə çağırışı qədər böyük şans deyildi. Bu macəraya davam etmək, mükəmməl həmkarlarımla birlikdə işləmək və çempionluq uğrunda mübarizə aparmaq böyük şərəfdir”

Toto Volff, Mercedes komandasının rəhbəri: “Ceymsin uzun illər özünü komandaya həsr etməsi gözəl və həyəcanvericidir. Bəsit dildə desək, o idmanımızdakı ən effektiv texnik direktordur.

Qladiator ruhu, savadı, təcrübəsi və qərarlığı onu rəqibsiz edir. Ancaq onun təsiri daha çox şeyə qadirdir. 2017-ci ildə komandaya gəldikdən sonra mənim üçün müttəfiq və həmfikir oldu. Açıq formada bir-birimizə meydan oxuyuruq. Bu da bizim performansımıza təsir edir.

Bundan başqa Ceyms sadəcə asan günlərdə yox, çətin günlərdə belə güvənə biləcəyimiz bir dostdur. Keçən 7 il ərzində onunla işləməkdən həzz aldım. Onunla uzun illər işləməyi səbirsizliklə gözləyirəm”.

Ceyms Əllison düşünür ki, həm Toto Volffun, həm də özünün gələcəyinin məlum olması komandaya müsbət təsir edəcək: “Bir komandanın stabilliyi ona həmişə kömək edir. Toto ilə bu stabilliyi təmin etdiyimiz bizim üçün vacibdir və işçilərin bunu bilməsi onlara inam qazandıracaq.

Bu vəziyyətin aydınlanmadı tərəfdaşlarımıza da kömək olacaq və kənardan baxan hamı görər ki, stabil işləmək öze ilə birlikdə uğurlar gətirir”.

Qeyd edək ki, Toto Volff da Mercedes-lə olan müqaviləsini daha 3 il uzadıb.

Rauf Hacıyev

Şərh əlavə et