Xəbəri Kokpitdə Oxuyun!

Madrid təqvimə girməyə hazırlanır

Bəzi iddialara görə Formula1 yanvarın 23-də Madrid yarışını təqdim edəcək.

Kokpit.az bildirir ki, son 1 ildə Formula1-in Madriddə keçiriləcəyi ilə bağlı dedi-qodular artmaqdadır. Lakin hələ də rəsmi açıqlama gəlməyib.

Ancaq gələn həftənin ikinci günü Madriddə mətbuat konfransı təşkil ediləcək və resurslar bildirir ki, bu toplantıda Madrid Qran Prisi mətbuata bildiriləcək.

Madrid icmasının rəhbəri İzabel Diaz Ayuzo yeni il gecəsi verdiyi açıqlamada bildirmişdi ki, yanvarın 23-də Formula1-lə bağlı açıqlama veriləcək. Bunu Madridin Bələdiyyə Başçısı Xose Luiz Martines Almeyda da təsdiqləyib.

Rəsmi açıqlama gəlsə belə, ilk yarışın 2026-cı ildə yoxsa 2027-ci ildə olacağı hələ də məlum deyil. Madrid təqvimə girəcəyi halda Barselonanın aqibətinin necə olacağı məlum deyil. Lakin ilk məlumatlara görə Madrid yarışı 2026-cı ildə keçirilməyə başlayacaq və həmin il Barselona təqvimdən çıxacaq.

Madrid trasının müqaviləsi əvvəlcə 10 il olacaq və bu müddət ərzində Formula 1 Madridə illik minimum 400 milyon avro qazandıracaq. Bu da 10 ildə 4 milyard avro deməkdir.

Madrid icmasının rəhbəri İzabel Diaz Ayuzo: “Bu elə yuxu və illuziyadır ki, bu layihəni heç bir ölkə ya da rəhbərlik rədd edə bilməz”.

Yarışın yarı şəhər tipli trasda kemçirilməsi gözlənilir. Trasın bir hissəsi stasionar, bir hissəsi isə şəhərdə trasında olacaq.

Madridin Bələdiyyə Başçısı Xose Luiz Martines Almeyda: “23 yanvarı qeyd dəftərimdə Madridin idmanla bağlı çox yaxşı xəbərlərinə ayırdım. Bu yenə də Formula 1-dir. Diqqətinizi itirsəniz, sizi keçərlər”.

Rauf Hacıyev

Şərh əlavə et