Kokpit.az xatırladır ki, McLaren heç kimin gözləmədiyi halda 2024-cü ilin maşınının rəng çalarını təqdim edib. Komandanın 2024-cü il bolidi MCL38 isə fevralın 14-də təqdim olunacaq.
Lando Norris: “Yeni mövsümü səbirsizliklə gözləyim. Bu mənim Formula1-dəki altıncı mövsümüm olacaq. Ümid edirəm ki, keçən ilin sonunda komanda olaraq tutduğumuz tempi Bəhreyndə davam etdirərik.
Yeni rəng çaları gözəl görünür. Əminəm ki, azarkeşlər də mənim kimi sevəcəklər. Bazada olan hər kəs qış tətilində çox işlədi və 2024-cü il maşınının sükanı arxasına keçib, rəqiblərlə yarışmaq üçün səbirsizlənirəm”.
Oskar Piastri: “2024-cü ilin rəng çaları doğrudan da gözəl görünür. McLaren-in ikonik rəng çalarında ikinci mövsüm yarışmaq üçün səbirsizliklə gözləyirəm. Debütant mövsümümdə iki podium və bir sprint qələbəsi əldə edərək, komandaya gözəl anlar yaşatdım. Bu nəticələri yeni mövsümə daşımaq üçün komanda ilə işləyəcəm və rəqiblərimizlə mübarizə aparacağam”.
Şərh əlavə et