Xəbəri Kokpitdə Oxuyun!

AlphaTauri-nin yeni adı məlumdur?

İtaliya mətbuatının verdiyi xəbərə görə AlphaTauri-nin yeni adı Visa Cash App Racing Bulls olacaq.

Kokpit.az bildirir ki, AlphaTauri komandasının adının dəyişilməsi gözlənilir. Əvvəl yeni adın Racing Bulls olacağı gözlənilirdi. Lakin dekabrda çıxan iştirakçı ərizəsində AlphaTauri adı olduğu kimi qalmışdı.

İtaliyanın Form1a.uno saytı kiçik bir araşdırma apararaq, Faentsa mərkəzli komandanın adını tapıb.

Araşdırmaya görə Racingbulls.com saytı AlphaTauri üçün qeydə alınıb, amma bu sayt istifadəçini avtomotik olaraq visacashapprb.com saytına yönləndirir.

Resurs düşünür ki, Visa və Cash App komandanın yeni titul sponsorları olacaq. Buna görə də komandanın adının Visa Cash App Racing Bulls olacağı güman edilir. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.

Rauf Hacıyev

Şərh əlavə et