Kokpit.az bildirir ki, komanda yeni maşını fevralın 11-də Silverstounda sınaqdan keçirəcək. Bu barədə komandanın yeni rəhbəri Ayo Komatsu məlumat verib.
İkinci yoxlama fevralın 19-da, üçgünlük mövsümöncəsi testlərinə başlamasına iki gün qalmış Bəhreyndə keçiriləcək. Hər iki gündə komanda 200 kilometrdən çox olmayan məsafəni qət edə biləcək, lakin bu məsafə maşının əsas komponentlərinin işini qiymətləndirmək üçün kifayət etməlidir.
Təqdimat tarixinə gəldikdə, Haas susmağa davam edir. Ola bilsin ki, komandanın mətbuat xidməti avtomobilin ilk real çıxışından əvvəl kompüter renderlərini dərc etsin və sınaqların ilk günündə Saxir trasının pit-leyndə rəsmi təqdimat baş tutsun…
Şərh əlavə et