Kokpit.az bildirir ki, McLaren komandası təqdimat prosesində dəyişiklik edib. Britaniyalılar bu gün yeni rəng çalarını təqdim ediblər və 2024-cü il maşınının təqdimat tarixini açıqlayıblar.
MCL38-in rəng çaları demək olar keçənilki ilə eynidir. Qara və narıncı rəngin üstünlük etdiyi yeni dizaynda mavi rəng artıq yoxdur. DP World üçün maşının yan tərəflərinə tünd göy rəngdə stiker əlavə edilib. Komanda çəkini azaltmaq üçün bolidin bəzi hissələrini deyəsən yenə də rəngləməyəcək. Yenə də MCL60 ilə müqayisədə ön qanadda və motor qapağında narıncı rəngə daha çox yer verilib. Saydpodlarda isə qara rəng üstünlük təşkil edir.
Bəzi azarkeşlər xrom rəng istəsələr də, maşında xrom hissələr yoxdur. Sadəcə sürücü nömrələri xrom rəngdə yazılıb.
MCL38-in təqdimatı isə fevralın 14-də olacaq. Bu isə o deməkdir ki, komanda keçən il MCL60 adından istifadə etdikdən sonra MCL37-ni üzərindən atlayıb.
McLaren-in rəhbəri Zek Braun: “Yeni mövsümdən əvvəl 2024-cü il rəng çalarıı təqdim etdiyimiz üçün sevinirik. Doğrudan da gözəl görünür. Gələn ay trasa çıxmaq üçün səbirsizlənirik.
Özümüzə inanıram. McLaren-dəki bütün qadın və kişilər mövsüm ərzində əla işlər gördülər. Əlbəttə inkişaf prosesi davam edəcək və işimiz hələ bitməyib. İl ərzində inkişaf mübarizəsi davam edəcək.
Məncə, maşın əla görünür. Bu azarkeşlərdən aldığımız geribildirimin nəticəsidir. Sözün açığı papaya narıncısı bizim üçün çox vacibdir. Digərlərindən fərqlənmək və maşınımızı görəndə bunun McLaren olduğunu bilməyinizi istəyirik.
Bundan başqa ən yaxşı kommersiya tərəfdaşlarına sahibik. Buna görə də Chrome, Cisco və OKX kimi brendləri yarış maşınında yaxşı gösrərən rəng çalarına sahib olmalıyıq.
Lando Norris və Oskar Piastrini maşında görmək üçün səbirsizlənirəm. İkisi də dincəldilər və indi trasa çıxmaq üçün günləri sayırlar”.
Şərh əlavə et