Xəbəri Kokpitdə Oxuyun!

Bugatti sonuncu “standart” Chiron-u buraxıb

Bugatti 1500 at gücündə mühərriyə sahib Chiron idman avtomobilinin ən son nümunəsini buraxdığını elan edib.

Kokpit.az Motor1-ə istinadən xəbər verir ki, avtomobil Sur Measure bölməsi tərəfindən modifikasiya edilib və artıq sahibi Bilal Haydriyə təhvil verilib.

Bu Chiron iki rəng çalarına malikdir – korpus əsasən Nocturne rənginə boyanmışdır, lakin Copper rəng əlavələri də var. Avtomobilin qiyməti 3 milyon dolları ötüb. Qeyd edək ki, Chiron-un hekayəsi hələ tam bitməyib – Bugatti hələ də nüsxələrini almamış sahiblər üçün Chiron Pur Sport-un modifikasiyalarını yaratmağa davam edir.

Xatırladaq ki, haqqında tez-tez məlumat verdiyimiz Chiron modeli ilk dəfə 2016-cı ildə buraxılıb. Ümumilikdə modelin tirajı 500 nüsxə ilə məhdudlaşır. Bu avtomobil standart modifikasiyada 100 km/saata 2,4 saniyəyə sürətlənir, maksimal sürəti isə 420 km/saatdır.

Tez-tez xüsusi modifikasiyalara müraciət edilir ki, bunlara misal keçən ilin sonunda ictimaiyyətə nümyaiş etdirilmiş, bründ kolleksiyası toplayan cütlük unikal liveriyalı maşını və yaşlı bir qadın üçün istehsal edilmiş Chiron Super Sport — 57 One of One modelini göstərmək olar…

Elçin Zodorov

Şərh əlavə et