Kokpit.az bildirir ki, Toto Volff keçən günlərdə 52-ci yaşını – özünün deyimi ilə 49+3 – ailəsi ilə birlikdə qeyd edib. Onlar Corc Rassell və sevgilisi Karmenə, qonşularına və ailə dostlarına qonaqlıq veriblər.
Toto bazaya gedib işçilərə nəzarət etməmişdən əvvəl sakit axşam keçirib. Son iki ildə Red Bull-un üstünlüyünü nəzərə alsaq, Totonun hazırda təzyiq altında olduğunu deyə bilərik. Siz 2014-2021-ci illər arasında Mühəndislər Kubokunu qazansanız da, tənqidlərdən siğortalana bilməzsiniz.
Hətta Volff keçən il Las Veqasda mətbuat konfransında jurnalistlərə qarşı soyuqqanlılığını itirmişdi. Bundan sonra bəzi suallar ortaya çıxmışdı – Volff bu çətinliklərlə mübarizə aparacaq qədər güclüdürmü? Komandaya əvvəlki kimi bağlıdırmı?
Belə iddialar var idi ki, Mercedes Motorsport-un 1/3-ə sahib olan Toto Volff artıq istefa verəcəcək. Bəziləri isə iddia edirdi ki, Toto Volff Formula1-də rəhbər olmaq istəyir və Stefano Domenikali seçilməmişdən əvvəl Liberty Media-nın rəhbəri Qreq Maffey ilə danışıqlar aparıb.
Lakin Toto Volff bu iddialara konkret cavab verib: Heç bir yerə getmirəm! Toto Volff Monakodakı evindən verdiyi müsahibədə bildirib ki, Mercedes-lə yeni üçillik müqavilə bağlayıb və 2026-cı ilin sonunan qədər komandada qalacaq. Volffun bunun üçün çox sadə səbəbi var: Hələ də komandanı idarə edəcək ən yaxşı adamın özü olduğunu düşünür. Mercedes-in əsas sponsorlarından olan İneosun rəhbərləri Ser Cim Ratklif və Ola Kallenius da belə fikirləşirlər.
Toto Volff: “Məncə üçümüz arasındakı ən vacib amil bir-birimizə güvənməyimizdir. Günün sonunda mən də bur səhmdar kimi ən yaxşı sərmayənin gəlməsini istəyirəm. Sərmayənin gəlməsi üçün ən yaxşı yol qazanmaqdır.
Əgər biri bir işi məndən daha yaxşı görəcəksə, orada qalmaram. Ətrafımda mənə əksini deyə biləcək insanların mövcudluğuna əmin olmalıyam. Sonda üçümüz də qərar verdik və dedik ki, “gəl bunu yenidən edək.
Müxtəlif vəzifələrdə komandanın bir parçasıyam. İdarə heyətindəyəm.
Amma özümü yaxşı hiss edirəm. Mənim üçün risk həmişə tükənmişlildən əlavə bezməkdir. Buna görə də idarə etmək çətin olsa da, qarşılaşdığımız çətinlikləri qucaqlayıram”.
Şərh əlavə et