Kokpit.az daha əvvəl bu barədə xəbər vermişdi. Lakin eyni gün McLarüen komandasının da təqdimatı gözlənilirdi.
Bu gün rəsmi bəyanat yayan Mercedes komandası bildirib ki, 2024-cü il maşınları olan Mercedes AMG F1 W15 E Performance maşınını fevralın 14-də çərşənbə günü təqdim edəcək.
Təqdimat Silverstounda baş tutacaq və komandanın sosial şəbəkə hesablarında canlı yayımlanacaq. Tədbirdə komandanın rəhbəri Toto Volff və sürücülər Lyuis Həmiltonla Corc Rassell də iştirak edəcəklər. Mercedes-in gənc sürücüləri və Mik Şumaxerin də orada olması gözlənilir. Bu təqdimatdan sonra Rassell və Həmiltonun W15 ilə Silverstounda trasa çıxması gözlənilir.
Şərh əlavə et