Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-in yeni maşınının təqdimat tarixini bilinib

Mercedes yeni bolidi olan W15-i fevralın 14-də təqdim edəcək.

Kokpit.az daha əvvəl bu barədə xəbər vermişdi. Lakin eyni gün McLarüen komandasının da təqdimatı gözlənilirdi.

Bu gün rəsmi bəyanat yayan Mercedes komandası bildirib ki, 2024-cü il maşınları olan Mercedes AMG F1 W15 E Performance maşınını fevralın 14-də çərşənbə günü təqdim edəcək.

Təqdimat Silverstounda baş tutacaq və komandanın sosial şəbəkə hesablarında canlı yayımlanacaq. Tədbirdə komandanın rəhbəri Toto Volff və sürücülər Lyuis Həmiltonla Corc Rassell də iştirak edəcəklər. Mercedes-in gənc sürücüləri və Mik Şumaxerin də orada olması gözlənilir. Bu təqdimatdan sonra Rassell və Həmiltonun W15 ilə Silverstounda trasa çıxması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et