Xəbəri Kokpitdə Oxuyun!

Alpine də təqdimat tarixini açıqlayıb

Alpine komandası 2024-cü il maşınını fevralın 7-də təqdim edəcək.

Kokpit.az daha əvvəl bu barədə xəbər vermişdi. Bu gün isə fransız təmsilçisi verdiyi açıqlamada bu məlumatı rəsmiləşdirib.

Eyni gün Mik Şumaxerin də çıxış etdiyi WEC maşını təqdim olunacaq. Beləliklə şirkət eyni gündə iki fərqli seriyanın maşınının örtüyünü qaldıracaq.

Bu açıqlamadan sonra 2024-cü il maşınının təqdimat tarixini açıqlamayan dörd komanda qaldı. Bunlar Red Bull, AlphaTauri, Haas və McLaren-dir. Ancaq Red Bull-un fevralın 8-də, McIaren-in isə 14-də təqdimat ötməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et