Kokpit.az bildirir ki, Permeyn uzun illərdir ki, avtoidman sferasında işləyir. O, 34 il Enstoundakı bazada fəaliyyət göstərib və bu əsnada Bemetton, Renault, Lotus və sonda Alpine komandalarında çalışıb.
Lakin yayda Otma Safnauerin komandadan ayrılması ilə o da fransız təmsilçisi ilə yollarını ayırmalı olub. Buna baxmayaraq, avtoidmandakı təcrübəsi və uğurlarına görə Permeyni istəyən komanda çox idi.
Bu komandalardan biri də AlphaTauri-dir. Britaniya mətbuatının xəbərinə görə Alan tezliklə yeni bir vəzifədə işləmək üçün AlphaTauri komandasına qatılacaq. Kritian Horner keçən il B
britaniyalı mütəxəssisi təriflər yağdırmışdı. Buna görə də onun AlphaTauri-yə keçidi təsadüfi deyil.
Kristian Horner: “Alan Permane Formula1-in əsas fiqurlarından biridir. İdmanda uzun illərdir işləyən mühəndislərdəndir və çox savadlıdır. Alpine-dəki dəyişikliklərin iç üzünü bilmirəm, amma komandada çox hörmətli adamlar var. Belə təcrübəli adamları görməzdən gələ bilmərik”.
Qeyd edək ki, AlphaTauri tezliklə yeni adını açıqlayacaq. Komandanın yeni rəhbəri Loren Mekis, idarə heyətinin rəhbəri isə Piter Bayer olacaq.
Şərh əlavə et