Kokpit.az xatırladır ki, Haas komandası avstraliyalı rəhbərlə yollarını ayırıb. Bu qərarı hansı tərəf verib bilinmir, amma Günter Ştaynerin sözlərindən belə görünür ki, qərarı Cin Haas verib.
Günter 2016-cı ildən Haas-a rəhbərlik edirdi. Komanda bu dövrdə enişli-yoxuşlu performans göstərsə də, çətin anlarda həyatqa qala bilmişdi. Amerika komandasının elə də çox sponsoru yoxdur və buna görə də peletonun ən kiçik komandalarından sayılırlar. Komanda hazırda əksər detalları özü istehsal etmir və Dallara ilə işləyir.
Nəticədə Haas komandası uzun illər rəhbəri olan Ştaynerlə yollarını ayırıb və komandanın mətbuat konfransında onun sözlərinə yer verilməyib. Buna baxmayaraq Günter Ştayner özü açıqlama yayıb: “Komandadan belə ayrılmaq həm utandırıcıdır, həm də məyusedici. Ancaq gələcək üçün onlara uğurlar arzu edirəm. Uğura layiq olan bir kollektiv varsa, o da Haas komandasıdır. Onları həmişə dəstəkləyəcəm”.
Günter Ştaynerə Kevin Maqnussendən də təşəkkür mesajı gəlib: “Təşəkkürlər, Günter. Məni 2017-ci ildə komandaya gətirdin və 2022-ci ildə yenidən qaytardın. Həm əyləncəli, həm də çox çətin bir dövr idi. Lakin heç vaxt bezmədim. Sənə uğurlar arzu edirəm. Görüşərik”.
Şərh əlavə et