Kokpit.az xatırladır ki, Milton Keyns mərkəzli komandada o, pit-stopların təşkilinə və bu mühüm məsələ ilə məşğul olan mexaniklərin işinin əlaqələndirilməsinə cavabdeh idi.
Heqeduş Linkedin biznes portalındakı səhifəsində növbəti mövsümün əvvəlindən Aston Martin-də işə başlayacağını açıqlayıb. Maraqlıdır ki, onun Formula 1 karyerası çempionatda qısa müddət iştirak etmiş Marussia komandasında 2011-ci ildə başlayıb, sonra Red Bull-a keçib.
Qeyd edək ki, çempion komanda pit-stoplarda dəqiq və yaxşı əlaqələndirilmiş işi ilə məşhurdur, Aston Martin isə bu sahədə hələ də aşağı səviyyədədir. Lakin indi Lourens Strollun komandasında bu problemi həll etmək tapşırığı veriləcək düzgün mütəxəssis olacaq.
Andor Heqeduş: “Növbəti fəsil başlayır və bundan sonra mən yaşıl forma geyinəcəyəm. Aston Martin-də Layihə Meneceri kimi işə başlayacağım üçün çox həyəcanlıyam. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!”
Heqeduş əvvəllər Red Bull-da aerodinamika departamentinə rəhbərlik edən və 2022-ci ildə Aston Martin-də texniki direktor vəzifəsini icra edən Den Fellouzun nümunəsini izləyib – məhz Denin keçidindən sonra komanda dramatik şəkildə böyüyüb…
Şərh əlavə et