Xəbəri Kokpitdə Oxuyun!

C.Haas: Komandanı satmayacam, amma…

Haas komandasının sahibi Cin Haas bildirib ki, komandanı satmaq fikri yoxdur, amma 10-cu olmaq istəmədikləri üçün Günter Ştaynerlə yollarını ayırıblar.

Kokpit.az xatırladır ki, Haas komandası 2016-cı ildən bəri rəhbəri olan Günter Ştaynerlə gözlənilmədən yollarını ayırıb. Bu xəbər çərşənbə günü rəsmən açıqlanıb. Günter Ştayneri isə uzun illərdir komandada olan Ayao Komatsu əvəz edəcək.

Bəs komanda niyə Günter Ştaynerlə yolları ayırdı? Bu barədə Cin Haas bu açıqlamanı verib: “Hər şey performansdan asılıdır. Burada səkkizinci mövsümü keçiririk. 160-dan çox yarış keçirsək də, hələ də podiuma yüksəlməmişik. Son illərdə isə 10-cu ya da 9-cu olmuşuq.

Bunun Günterin günahı olduğunu demirəm, amma dəyişiklik etmək və yeni bir şey sınamaq üçün ən uyğun vaxtdır. Çünki belə davam etmək heç bir işə yaramayacaq.

Asan deyil, çünki Günteri çox istəyirəm. Doğrudan da yaxşı insan və yaxşı xarakterdir. Mövsümün sonu çətin keçdi. Bunu anlamıram. Doğrudan da anlamıram. Harada səhv olduğunu Günterdən soruşmaq lazımdır. Nəticədə bu qərarı performansa görə verdik, çünki artıq 10-cu yeri tutmaq istəmirik”.

Yuxarıda da qeyd etdiyimiz kimi Günter Ştayneri Ayao Komatsu əvəz edəcək. Cin Haas bu iş üçün nəyə görə yaponiyalı mühəndis seçdiyinə aydınlıq gətirib: “Komandada kimi daha təcrübəli olduğuna baxdıq. Ayao ilə ilk gündən bəri işləyirik və sistemi çox yaxşı bilir. Ancaq Bəhreynə qədər maşının hazır olmayacağından narahatam. Görək mühəndisin rəhbər kimi işi necə olacaq?

Məncə, Günrer insanlarla münasibət qurmaqda çox yaxşı idi. Ayao isə texniki və statistika cəhətdən işlər görür. Nəyi düz etmədiyimiz ya da harada daha yaxşı olduğumuz mövzusunda fərqli yanaşma olacaq.

Hazırda doğrudan da fərqli bir şeyə ehtiyacımız var, çünki hazırkı yanaşma ilə o qədər də yaxşı vəziyyətdə deyilik. Dediyim kimi səkkiz ildir ki, sonuncu yerdəyik. Bu barərə deyiləsi başqa sözüm yoxdur.

Haas Automation-u 40 ildən çoxdur ki, idarə edirəm. Kənardan işçi gətirəndə öyrənməkləri üçün vaxt lazım olur. Bu müddət 6 ay-1 il arasında dəyişir və bəzən onlarla münasibət qura bilmirsiniz. Tanıdığınız adamlarla işləmək daha yaxşıdır. Mükəmməl uyğunluq olmasa da, nəticəni bilirsiniz. Haas Automation-da bu sistem yaxşı işlədi və mən onları Formula1 komandasına da tətbiq edirəm. Bu, qarışıqlıq yarada bilən yad adamı dəvət etməkdən qat-qat yaxşıdır. Gündəlik əməliyyatlardan anlayan, insanları anlayan adamları sevirəm.

Formula1-ə komanda satmaq üçün gəlməmişəm. Bura yarışmaq üçün gəlmişəm. Günter də eyni şeyi düşünürdü. Buraya pul qazanmaq üçün yox, yarışmaq və rəqabətədavamlı olmaq üçün gəlmişik. İdman tarixində komandalara baxsanız, görətsiniz ki, yaxşı və pis dövrləri olub. Həyatda qalmağınız sizin gücünüzü göstərir. Belə olan halda özünüzü isbat etmək üçün daha bir iliniz olur. Günteri itirməklə başqa yönlərə köklənəcəyik. Ümid edirəm ki, bu sınaqdan üzüağ çıxacağıq”.

Cin Haas bildirib ki, onlar deyilənlərin əksinə büdcə limitinə yaxın pul xərcləyirlər: “İnsanlar elə düşünürlər ki, amma büdcə limitinin 10 milyon dollar məsafəsindəyik. Sadəcə bu pulu xərcləyəndə yaxşı iş görmürük. Əksər komandalar daha əvvəl bazalarına, binalarına, avadanlıqlarına və işçilərinə sərmayə qoydu. Bizim modelimiz isə bunların əksəriyyətini kənardan təmin etmək idi. Çox pul xərcləyirik. Limiti aşmasaq da, çox yaxınlaşdıq. Sadəcə bu pulu effektiv xərcləmirik.

Haas Automotion-un yaxşı işləməsində səbəb pulu düzgün xərcləmiyimizdir. Əgər Formula1-də də faydalı işlər görsək, həyatda qala bilərik. Uzun müddət həyatda qalan komandalardan biriyik. Digər komandalar ilk illərində pullarını xərcləyib, iflas etdilər. Biz isə 8 ildə həyatda qaldıq və iflas vəziyyətində deyilik. Lakin mən növbəti 10 ildə həyatda qalmaq istəyirik.

Daha yaxşısını etməliyik. Sonuncu yox, orta qrup komandası olsaq, sponsorları saxlamaq və cəlb etmək daha asan olacaq. Mən belə düşünürəm. Daha sürətli olsaq, FOM-dan daha çox mükafat pulu alacağıq. Bu da həyatımızı daha da asanlaşdıracaq.

Hər şey qalib gəlməkdən asılıdır. Əla komandamız var, əla motorumuz var və gückü sürücülərimiz var. Onuncu yeri tutmaq üçün səbəbimiz yoxdur. Sahib olduğumuz avadanlıqlar və işçilərlə necə 10-cu oluruq anlamıram.

İnvestorlar gəldi və bizimlə danışmaq istədilər. Hər il 15 faiz mənfəət təyin etdilər. Yəni “mənə 15 faiz qazanc verin, mən də sizə bir neçə yüz milyon dollar verim” deyirlər. Gözləntiləri yüksəkdir.

Onlar sizi satın almaq və beş il sonra 100 milyon dollar qazanmaq istəyirlər. 200 milyon dollarla gələn insanların belə yanaşmalarına ehtiyacım yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et