Kokpit.az xatırladır ki, McLaren Formula1-dən başqa İndyCar, Formula E, Extreme və F1 Academy kimi seriyalarda mübarizə aparır.
Belə müqavilələr adətən digər seriyaları da əhatə edir. Britaniya təmsilçisi bildirib ki, Alpinestars ilə 2024-cü il mövsümündən əvvəl yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.
Qeyd edək ki, Alpinestars yarış avadanlıqları işində ən yaxşı şirkətlərdən biridir. Bu müqavilə McLaren-in yarışdığı bütün seriyaları əhatə edir. Sürücülərdən əlavə müxaniklər və komandanın digər işçiləri də Alpinestars məhsullarından istifadə edəcəklər.
McLaren Racing-in tərəfdaşlardan məsul idarəçisi Matt Denninqton: “Alpinestars bizə rəsmi olaraq texniki geyim tərəfdaşı kimi qatıldı. Bizim komandalarımız öz seriyalarında daha da parlaq görünəcəklər. Sürücülərimizi və komanda işçilərimizi ən yaxşı avadanlıqlarla təmin etmək qürurvericidir”.
Şərh əlavə et