Kokpit.az xatırladır ki, Ferrari 2019-cu ildə Mauritsio Arrivabene ilə yolları ayırdıqdan sonra komanda rəhbərliyi vəzifəsinə Mattia Binotto gətirilmişdi. Mattia 2019-2022-ci illərdə bu vəzifədə işləmiş və komandanı çempion edə bilməmişdi.
Ferrari 2022-ci ildə nisbətən yaxşı mövsüm keçirsə də, titulu Red Bull-a qapdırmış və Binotto komandadan ayrılmışdı. Onu Alfa Romeo-dan Frederik Vassyör əvəz etmişdi.
İtaliyalı mütəxəssis Ferrari-nin məlumatları gizli qalsın deyə bir il ərzində heç bir yerdə işləmədi. İcbari gözləmə müddətinin bitməsi ilə artıq istədiyi yerdə işləyə bilər. Hətta onun təkliflər aldığı da deyilir.
Binottonun adı ən çox Audi və Alpine-lə hallanır. İtalyan mühəndisin gələcəyinin tezliklə məlum olacağı gözlənilir.
Şərh əlavə et