Kokpit.az xatırladır ki, amerikalı iş adamı bir neçə gün əvvəl gözlənilmədiyi halda Günter Ştayneri istefaya göndərib və onun yerinə illərdir komadanın bir üzvü olan Ayo Komatsunu gətirib.
Cin Haas: “Mən 40 ildən çoxdur ki, Haas-ı idarə edirəm. Kənardan insanları cəlb etsəniz, başa düşürsünüz ki, onlara komandaya öyrəşmək üçün vaxt lazımdır – altı aydan bir ilə qədər. Odur ki, tanıdığınız insanları götürmək daha yaxşıdır və onlar ilk vaxtlardan öz rollarına mükəmməl uyğunlaşmasalar belə, ən azı nə əldə etdiyinizi bilirsiniz. Tanıdığım, gündəlik işi başa düşən, insanları başa düşən mütəxəssislərin olması çox xoşuma gəlir. Bu, qarışıqlıq yarada bilən yad adamı dəvət etməkdən qat-qat yaxşıdır”.
Xatırladaq ki, Haas komandası Formula 1-də çıxış etdiyi ilk gündən bəri Günter Ştaynerin rəhbərliyi altında 8 mövsüm keçirib. Bu illər ərzində komandanın Mühəndislər Kubokunda ən uğurlu çıxışı 2018-ci ilə təsadüf edib – onlar mövsümü 5-ci yerdə tamamlayıblar. Yarışda əldə edilən ən böyük uğur da həmin ilə təsadüf edir – Roman Qrojan Avstriya Qran Prisində dördüncü yeri tutub…
Şərh əlavə et